Vaxtilə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdiyi və əsasən “Gilan” adı ilə fəaliyyət göstərən şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları var.
Yeniavaz.com-un apardığı araşdırmaya görə, Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan bu şirkətlərin arasında ən böyük borc “Gilan Holding” MMC-yə məxsusdur. Bu şirkətin vergi borcu 607 min 944 manat 16 qəpik təşkil edir.
Digər şirkətlərin vergi borcları aşağıdaki kimidir:
Şirkətin adı | Direktoru | Hüquqi ünvanları | Vergi borcu |
“Gilan Holding” MMC | Muradov Cəmil Tahir | Nərimanov pr, ev 206, m.466 | 673 944,16 |
“Gilan İdman Klubu” MMC | Muradov Cəmil Tahir | Z. Əliyeva, ev 38, m. 74 | 6,55 |
“Gilan İnşaat” MMC | İsmayılov Elvin İsmayıl | Z. Əliyeva, ev 38, m. 24 | 31 080,67 |
“Gilan Beton” MMC | Səlimov Kərim Zakir | Nərimanov pr, ev 206, m.466 | 53 907,03 |
“Gilan Servis” MMC | Qafarov Gündüz Azər | Z. Əliyeva, ev 38, m. 24 | 44 477,73 |
“Gilan Construction Group” MMC | İsmayılov Elvin İsmayıl | Nərimanov pr, ev 206, m.466 | 114,30 |
“Gilan Hospitality Group” MMC | Məmmədov Elgün Məmmədov | Nərimanov pr, ev 206, m.466 | 3 631,94 |
“Ay-NT” MMC | Məmmədov Elgün Məmmədov | Hüseyn Cavid pr, ev 1, məhəllə 518, m 19 | 24,36 |
“Gilan Pastoral” MMC | Həsənov Elşən Bəşir | Nərimanov pr, ev 206, m.466 | 2 117,5 |
“Gilan Hospitality-Lənkəran” MMC | Məmmədov Elgün Məmmədov | Lənkəran ş. Şəhidlər xiyabanı, ev 153, m.46 | 1,15 |
“Gilan Zeytun” MMC | Sultanov Emil Rauf | Z. Əliyeva, ev 38, m. 24 | 15,78 |
“Gilan Aqro Sitrus” MMC | Süleymanov Vaqif Həsən | Lənkəran ş, H. Əliyev, ev 261 | 93,94 |
“Gilan Dəri” MMC | İsrafilov Azər Fərrux | Z. Əliyeva, ev 38, m. 24 | 25 609,55 |
“Gilan-Pakoil” MMC | İsrafilov Azər Fərrux | Qəbələ r, Nohürqışlaq | 460,21 |
“Uei Transport” MMC | Muradov Cəmil Tahir | Salatın Əsgərov, ev 187 | 1 746,63 |
“Fobos Plaza” MMC | Muradov Cəmil Tahir | Nərimanov pr, ev 206, m.466 | 660,58 |
“UPC” MMC | Pavel Belorusskıı | Nərimanov pr, ev 206, m.466 | 4 592,98 |
“Gilan Plastik” MMC | Yüzbəyov Romik Əlman | Z. Əliyeva, ev 38, m. 74 | 9,35 |
“Gilan Qəbələ Aqrotexservis” MMC | Qurbanov Abdulqafar Abdulrəhman | Qəbələ r, Hacallı | 1 955,44 |
“Gilan Satış” MMC | Ağayev Laçın Şirvan | Z. Əliyeva, ev 38, m. 24 | 284 |
“Gilan Vegetables” MMC | Yusifov Emin Sadəddin | Nərimanov pr, ev 206, | 7,21 |
“Qəbələ Atıcılıq Klubu” MMC | İsmayılov Elvin İsmayıl | Z. Əliyeva, ev 38, m. 74 | 4 123,15 |
“İnteqral Loqistika” MMC | Məmmədov Həsən Faiq | Neftçilər pr. Ev 143, m 21 | 13 253,77 |
“Vita Farm TN” MMC | Muradov Cəmil Tahir | Neftçilər pr. Ev 143, m 21 | 14 136,76 |
Qeyd edək ki, adları qeyd olunan şirkətlərin hüquqi ünvanları və qanuni təmsilçilərinə (director) nəzər salındığı zaman açıq şəkildə görünür bu şirkətlər arasında hansısa əlaqələr var. Kəmaləddin Heydərovun övladları Tale və Nicat Heydərovlar da vaxtı ilə ölkənin ən böyük holdinqlərindən birinin - "Gilan Holding"in rəhbərliyində təmsil olunub. Tale Heydərov eyni zamanda "Gilan Holding"in tərkibində yer alan "Qəbələ" Futbol Klubunun prezidenti, həmçinin İngiltərədə qeydiyyatdan keçən "United Enterprises International" şirkətinin rəhbəri olub. Tale Heydərova məxsus "taleheydarov.com" saytında qeyd olunur ki, onun biznesinə hazırda "TEAS Nəşriyyat evi", "Libraff" kitab mağazaları şəbəkəsi və illik təhsil haqqının 12-15,5 min manat olduğu "Avropa Azərbaycan Məktəbi" daxildir. Kəmaləddin Heydərovun digər oğlu Nicat Heydarov "linkedin" sosial şəbəkəsindəki hesabında özünü hələ də "Gilan Holdinq"in rəhbəri (CEO) kimi təqdim edir. Nicatın adına İngiltərədə qeyydiyyatda olan "United Enterprises International" şirkətinin rəhbərləri arasında rast gəlmək olar.
A. Cəfərov