Sarkisyan: "Gəncədə yaşayış yerinin vurulması ən böyük axmaqlıq idi"


Ermənistanın sabiq prezidenti Serj Sarkisyan İkinci Qarabağ müharibəsi vaxtı yaşanan hadisələr barədə danışıb.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, Sarkisyan İkinci Qarabağ müharibəsi vaxtı Ermənistan ordusunu “İskəndər” raketlərindən istifadə etməməkdə günahlandırıb:
“İskəndər” müharibənin dördüncü və ya beşinci günündə, Azərbaycanın Horadizdə və digər yerlərdə çox sayda canlı qüvvə və hərbi texnika yığdığı zaman istifadə edilməli idi. “İskəndər” məhz bu məqsəd üçün mövcuddur. Həmin vaxtlarda bir nəfər lovğa Gəncə hava limanını məhv etmək barədə əmr verdiyini deyirdi. Həmin vaxtları xatırlayın. Ümumiyyətlə biz bu “İskəndəri” niyə götürmüşdük? Demirəm ilk növbədə neft-qaz kəmərlərini vurun ancaq, lazımi yerlərdə  istifadə etməyəcəkdinizsə niyə almışdınız?”.
Daha sonra jurnalist Gəncə hava limanının deyil, yaşayış binalarının vurulduğunu xatırlatdı. Sarkisyan isə bunu axmaqlıq adlandırdı:
“Reallıq budur ki, Gəncəyə atəş açılsa da, yaşayış ərazisi vuruldu. Bu ən böyük axmaqlıq idi. Bu insanların etdiklərini başa düşə bilmirəm. Beynəlxalq ictimaiyyət buna görə bizi günahlandırdı”. 

DİGƏR XƏBƏRLƏR

Top