Çin: "Bəzi ölkələr pandemiyanı siyasiləşdirmək istəyir"


Çin yeni növ koronavirusun bəzi ölkələr tərəfindən siyasiləşdirildiyini bildirib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Çin hökuməti pandemiya səbəbilə Çini günahlandırmağa və məsələni siyasiləşdirməyə çalışan ölkələrə səslənib. Çinin İngiltərədəki səfirliyi tərəfindən edilən çağırışda deyilir:
"Çin bəzi ölkələrin pandemiyanı siyasiləşdirmək, Çini günahkar elan etmək cəhdlərinə qətiyyətlə qarşı çıxır. Ümid edirik ki, dünya ölkələri ədalətli, obyektiv və məsuliyyətli bir mövqe tutacaq, Ümumdünya Səhiyyə Təşkilatının işini dəstəkləmək üçün konkret addımlar atacaq və pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığa layiqli töhfələrini verəcəkdir”.
Yayımlanan bəyanatda həmçinin bildirilib ki, koronavirusun mənşəyinin öyrənilməsi vacibdir. Dünyanın bir çox yerlərindən gələn alimlər bu istiqamətdə ortaq fəaliyyət göstərməlidirlər. 

DİGƏR XƏBƏRLƏR

Top