Pentaqon: "Rusiya NATO üçün təhdiddir"


ABŞ-ın Müdafiə Nazirliyi Rusiya ilə bağlı yeni açıqlama yayıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, ABŞ ordusunun rəsmi nümayəndəsi tərəfindən yayımlanan məlumatda Rusiyanın həm ABŞ həm də NATO üçün təhlükə olduğu vurğulanıb:
“Rusiyanın ABŞ-da daxil olmaqla bütün NATO müttəfiqləri üçün təhdid olduğu tamamilə aydındır. Məqsədlərinə çatmaq üçün hərbi güc istifadə edirlər. Dəfələrlə Rusiyanın təhlükəsizliyi və sabitliyi pozmağa çalışdığına dair nümunələrin şahidi olmuşuq”.
Pentaqon rəsmisi həmçinin bildirib ki, Rusiyanın təhdid olmasına baxmayaraq onlarla müxtəlif sahələrədə qarşılıqlı əməkdaşlıq etmək istəyirlər. Bu barədə NATO-da keçiriləcək Müdafiə nazirlərinin iclasında müzakirə aparılacaq.

DİGƏR XƏBƏRLƏR

Top