Azad Rəhimovun müavini də xəstəxanalıq oldu - AÇIQLAMA

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov xəsarət alıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Report"a nazirliyin Mətbuat katibi Səmayə Məmmədova bildirib. Onun sözlərinə görə, hadisə İsmayılov işdən çıxarkən baş verib. Məmmədova bildirib ki, nazirlik rəsmisi ayağının burxulması nəticəsində yıxılıb: "İsmayıl müəllimin qabırğası çatlayıb. Ona ilkin həkim müdaxiləsi olub".

Artıq İsmayılovun xəstəxanadan evə buraxıldığını deyən mətbuat katibi onun müalicəsini ev şəraitində davam etdirdiyini diqqətə çatdırıb: "Ağır heç nə yoxdur, qısa zamanda işə çıxacaq".

Qeyd edək ki, İsmayıl İsmayılovun xəstəxanaya yerləşdirilməsini unikal.org saytı yayıb.

DİGƏR XƏBƏRLƏR

Top