ABŞ-ın Nyu York şəhərində azərbaycanlı gənc, 1999-cu il təvəllüdlü Aslanov Rahim Tarahim oğlu itkin düşüb.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, ABŞ vətəndaşı olan azərbaycanlı gənc Nyu-Yorkun Park Avenyu küçəsindəki ünvanından 1 həftə əvvəldən yoxa çıxıb. Eyni küçədə yaşayan valideynlərinin də ondan xəbəri yoxdur.
Polis R. Aslanovla bağlı axtarış aparır.
Dostları onun bir müddət əvvəl bir qaradərili ilə əlbəyaxa dalaşdığını və qarşı tərəfdən hədələndiyini bildirib.