"Azərsun”un 3 il əvvəl İran şirkətilə birgə qurduğu QSC ləğv olunur


"Caspian Pharmed" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 1602868251) ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat "Vergilər" qəzetinin veb-saytında yerləşdirilib.
Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 2023-cü məhəllə, ev 92 A ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, 668 min manat olan "Caspian Pharmed" QSC 3 il əvvəl dövlət qeydiyatına alınıb. "Caspian Pharmed"in səhmdarları İranın "TPİCO" (49% pay), Azərbaycanın "Azersun Holdinq" (26% pay) və Azərbaycan İnvestisiya Şirkəti (25% pay) olub.
Dərman istehsalı ilə məşğul olacaq şirkətin ilk zavodunun təməlqoyma mərasimi 2017-ci ilin yanvar ayında Pirallahı Sənaye Parkında atılıb.

DİGƏR XƏBƏRLƏR

Top