İranda 3 kəşfiyyatçı əsgər öldürülüb


İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində 3 kəşfiyyatçı əsgərin öldürüldüyü bildirilib.
Yeniavaz.com xarici KİV-ə istinafən xəbər verir ki, İran Kəşfiyyat Nazirliyi bu barədə yazılı açıqlama verib. Açıqlamada hadisəni törədə biləcək hər hansı bir cinayətkar qrup haqqında məlumat verilməyib.
Qeyd edilir ki, İranda Ceyşul Adl qruplaşması terror təşkilatı kimi qəbul edilir. Onlar sünni Bəluc xalqının hüquqlarını qoruduqlarını irəli sürürlər və ölkənin cənub-qərbində, Pakistanla sərhəddə (Sistan-Bəlucistan əyalətində) zaman-zaman silahlı iğtişaşlara yol verirlər.

DİGƏR XƏBƏRLƏR

Top