"Azərsun Holdinq"ə məxsus şirkət nizamnamə kapitalını azaldır


"Bakı Qida və Yağ Fabriki" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 16000968951) nizamnamə kapitalının 11 milyon manatdan 8 milyon 440 min 723 manat 65 qəpiyədək azaldır.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat "Vergilər" qəzetinin veb-saytında yerləşdirilib.
Bildirilir ki, kreditorlar öz tələblərini bir ay ərzində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 2023-cü məhəllə, 92A ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, "Bakı Qida və Yağ Fabriki" MMC Azərbaycanın aparıcı holdinqlərindən olan “Azərsun Holdinq”ə məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top