ABŞ Prezidenti Co Bayden CNN televiziyasının aparıcısı ilə söhbət edərkən “dil sürüşməsi” edib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, aparıcı ona “nəvələrinlə vaxt keçirə bilirsənmi” deyə sual ünvanlayıb. Bayden isə ona uşaqları çox sevdiyini söyləmək istəyərkən “uşaqları insanlardan çox sevirəm” deyə bildirib.
Qeyd edək ki, bundan əvvəl də 78 yaşlı prezident çıxışları zamanı bənzər “dil sürüşmələri” edib. Sabiq prezident Donald Tramp seçki kampaniyası zamanı bu cür halları sərt tənqid etmişdi.