Tehranda uşaqlarda COVID-19-a yoluxmada artım gözlənilir


İranın paytaxtı Tehranda 5-17 yaş arası insanların koronavirusa yoluxma nisbətində artım müşahidə oluna bilinəcəyi ifadə edilib.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Tibb Elmləri Universitetinin rəhbəri Cəlil Kuhpayəzadə məlumat verib. Kuhpayəzadə bildirib ki, virusun 3-cü dalğası gələnə kimi Tehranda 30 və 17 yaşdan aşağı insanlarda yoluxmaya az hallarda gəlinirdi. Koronavirusun İngiltərədən gələn və mutasiyaya uğramış formasının artması ilə yoluxma yaşı 5-17-yə enib. Kuhpayəzadə bildirib ki, hətta virus uşaqlar arasında da ölüm hallarını artırıb.
Qeyd edilir ki, COVID-19 səbəbilə uşaqlar arasında əvvəllər ölüm halı 1 faizdən az idisə, hazırda bu göstərici 10 faizdir. Universitetin rəhbəri bunun qarşısının alınması üçün yığıncaqlardan və ictimai yerlərdən uzaq durmağı məsləhət bilib.

DİGƏR XƏBƏRLƏR

Top