Niderlandda Haaqa məhkəməsinin koronavirusla bağlı verdiyi qərar Lahey Apelyasiya Məhkəməsi tərəfindən ləğv edilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Niderlandda Haaqa məhkəməsi koronavirusun səlahiyyətlilər tərəfindən göstərildiyi qədər ciddi bir təhlükə olmadığı və komendant saatının dərhal qaldırılması barədə qərar verib. Lahey Apelyasiya Məhkəməsi isə buna əks qərar çıxarıb. Belə ki, hakim Marianne Tan-de Sonaville Virus Haqqında Vəqf tərəfindən irəli sürülən komendant saatının qüvvədə qalması barədə təklifi üstün tutaraq Haaqa Məhkəməsinin qərarını ləğv edib. Nəticədə Niderlandda komendant saatının tətbiqi qüvvədə qalıb.