Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb.
"Report" AŞPA mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər zamanı həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini qiymətləndirəcək.
Ştefan Şennax və Sezar Florin Predanın Bakıda Azərbaycan Prezidenti, parlamentin sədri, ədliyyə və daxili işlər nazirləri, Ali Məhkəmənin sədri, baş prokuror, vəkillər kollegiyasının sədri, parlament üzvləri, o cümlədən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşlər keçirəcəyi planlaşdırılır.
Həmçinin, həmməruzəçilər vətəndaş cəmiyyətinin, müxalifət partiyalarının, eləcə də beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşəcək.
Səfər yanvarın 14-də başa çatacaq.