Sarkisyan: “Ermənilər harda olur-olsun artıq başlarını yuxarı qaldıra bilməyəcək”


Ermənistanın sabiq prezidenti Serj Sarkisyan televiziyaya geniş müsahibə verib.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, Sarkisyan çıxışı zamanı Ermənistanın məğlubiyyətindən danışıb. O erməniləri ölkəni tərk etməməyə çağırıb:
“Bir çox insan ölkəni tərk etmək barədə danışır. Hesab edirəm ki, bu yanlış yanaşmadır. Ermənistanı tərk edənlərin bəlkə də yaşayış şəraiti daha yaxşı olacaq, bəlkə övladları ən yaxşı məktəblərdə oxuyacaqlar, amma məğlub xalqın nümayəndələri olacaqlar, Hər kəs anlamalıdır ki, istəsələr də, istəməsələr də artıq başlarını yuxarı qaldıra bilməyəcəklər”.
Sarkisyan həmçinin bildirib ki, Ermənistanda hakimiyyətdə dəyişiklik olmadığı təqdirdə daha çətin vəziyyətlə üzləşəcəklər:
“Məsul şəxslər bu hadisələrdən sonra vəzifədə qala bilməz. Rəhbərlik etmək üçün istedadlı şəxslər gəlməlidir. Əks təqdirdə dövlətimizi itirəcəyik və bir xalq olaraq varlığımızı dayandıracağıq”.

DİGƏR XƏBƏRLƏR

Top