Daha 106 erməni hərbçinin meyiti qarşı tərəfə verilib

Qarabağdakı hərbi əməliyyatlar zamanı həlak olan daha bir qrup hərbçinin meyiti erməni tərəfinə təhvil verilib. Yeniavaz.com xəbər verir ki, bu barədə "Sputnik armenia" məlumat yayıb. Məlumata görə. Azərbaycan 44 günlük müharibədə həlak olan 106 nəfərin cəsədini bu gün Rusiya sülhməramlı qüvvələrinin kontingentinin vasitəçiliyi ilə Ermənistana verib.
Bundan əlavə, bildirilir ki, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün səy göstərirlər
Qeyd edək ki, bugünə qədər işğaldan azad edilmiş torpaqlardan ümumilikdə 1379 nəfər erməni hərbçisinin qalıqları və cəsədləri aşkar edilib.

DİGƏR XƏBƏRLƏR

Top