Ceyhun Bayramov ATƏT-in həmsədrləri ilə müzakirə apardı


Bu gün xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüşü keçirilib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün etimadın bərpa olunması və əmin-amanlıq şəraitində birgəyaşayışın həyata keçirilməsinin vacibliyi vurğulanıb.

 

DİGƏR XƏBƏRLƏR

Top