Zəncirlədiyi şəxsin videosunu çəkən mağaza sahibi ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO


Sosial şəbəkələrdə Sabunçu rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etdiyi iddia olunan şəxsin mağaza sahibi tərəfindən zəncirlənməsi ilə bağlı görüntülər yayılıb.

Yeniavaz.com qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülərdən aydın olur ki, mağaza sahibi bu üsulla "oğurluq edən" şəxsi cəzalandırmaq istəyir. Videoda mağaza sahibinin üzü görünməsə də, danışığı aydın eşidilir: “Mənim dükanıma niyə girmisən? Niyə oğurluq etmisən? İt kimi qalacaqsan burada”. Yayılmış görüntülərlə əlaqədar DİN Mətbuat Xidməti ilə əlaqə saxladıq.
Bildirildi ki, sosial şəbəkə seqmentlərində yayılan videogürüntülər araşdırılır.
“Hadisə Sabunçu rayonunda qeydə alınıb. Həmin şəxsin kimliyi müəyyən olunaraq, müvafiq polis orqanına dəvət olunub. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir”.

DİGƏR XƏBƏRLƏR

Top