NATO Rusiya ilə münasibətlərinin həm müsbət, həm də mənfi xətt üzrə davam edə biləcəyini bildirib.
Yeniavaz.com “Lenta.ru”ya istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında Rusiya ilə münasibətlərdən danışıb:
“Rusiya qarşıdurma istəyirsə, biz buna hazırıq. Əməkdaşlıq istəyirsə, sevinərik”.
Stoltenberqin sözlərinə görə Rusiya ilə münasibətlər və vacib təmaslar qorunmalıdır.
Qeyd edək ki, 15 fevralda Stoltenberq NATO-nun Rusiya sərhədləri yaxınlığında fəaliyyətlərini artırmağı planladığını açıqlayıb.