Ov üçün istifadə olunan sintetik torların satışı qadağan ediləcək


“Ov üçün istifadə sintetik torlarının satışına qadağa qoyulması ilə bağlı müvafiq orqanlara müraciət edilib”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı deyib.
Xidmət rəisi bildirib ki, bəzi hallarda bu torlar ölkəyə qaçaqmal yolu ilə gətirilir: “Çünki onların istifadəsi birbaşa qadağandır. Bu torlar su hövzəsində yaşayan canlılar üçün təhlükəlidir. Bu istiqamətdə təbliğat-təşviqat işləri artırılmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top