Azərbaycanda bu da oldu - “COVID 2020” MMC…


Azərbaycanda “COVID 2020” adlı şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “COVID 2020” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1805129991) 4 dekabr 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. 
“COVID 2020” MMC-nin hüquqi ünvanı Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi,  9-cu mədən, ev. 57-də yerləşir.
Nizamnamə kapitalı cəmi 2 manat olan “COVID 2020” MMC-nin qanuni təmsilçisi Məmmədov Coşqun Mayıl oğludur. 
Məlumat üçün bildirək ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində insanların kütləvi surətdə xəstələnməsi qeydə alınıb.
Araşdırmalardan sonra xəstəliyə SARS-CoV-2 virusunun səbəb olduğu müəyyən olunub.
Ümumdünya Səhiyyə Təşkilatı bu virusu “COVID-19” olaraq adlandırıb.
Daha sonra bütün dünyaya yayılan “COVID-19” virusu səbəbindən son bir il ərzində milyonlarla insan həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top