Mingəçevirdə kütləvi dava - 3 nəfər bıçaqlandı


Mingəçevirdə kütləvi dava olub.

Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib. Bir qrup şəxs arasında düşən davada 3 nəfər bıçaqlanıb.
Bıçaq xəsarətləri alan – 1986-cı il təvəllüdlü İbişov Çingiz İsmayıl oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Ramin Əliheydər oğlu və 1980-ci il təvəllüdlü Əmirov Elçin Aydın oğlu xəstəxanaya yerləşdiriliblər. Hazırda Mingəçevir Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralıların əməliyyatı aparılır. Yaralılardan birinin vəziyyəti orta-ağırdır. Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top