Təhsil Nazirliyindən 1 milyonluq tender xəbərinə REAKSİYA


“Bir sıra media istifadəçiləri təəssüflər olsun ki, 2020-ci ildə Təhsil Nazirliyinə alınan mebel avadanlıqlarının məbləği ilə bağlı həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar səsləndirirlər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. 
O bildirib ki, bununla bağlı vaxtilə sosial mediada yer alan yanlış suallar artıq cavablandırılıb: “Eyni zamanda bu yalan və böhtan xarakterli məlumatlar hələ də tirajlanır. Cəmiyyətdə bu tip yalan məlumatların qəsdən yayılması və ictimai diqqətin yanlış istiqamətə yönəldilməsi təəssüf doğurur. Bir daha xatırlatmaq istərdik ki, 2020-ci ildə Təhsil Nazirliyinin Aparatının mebel alışı xərcləri 16 109.04  (on altı min yüz doqquz manat dörd qəpik) təşkil edib”.
Qeyd edək ki, sosial şəbəkələrdə mebel avadanlığının alınması üçün elan edilmiş tenderin 1 milyon manat həcmində olması barədə məlumatlar paylaşılır.
Xatırladaq ki, 14 avqust tarixində "Report" informasiya agentliyi Təhsil Nazirliyinin aparat üçün mebel avadanlıqlarının və müxtəlif jalüzlərin alınması ilə bağlı elan etdiyi açıq tenderin qalib olduğunu və bunun üçün 1 mln 610,9 min manat alacağını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top