Navalnı yenidən məhkəməyə aparıldı


Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı növbəti dəfə məhkəməyə aparılıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Navalnı müharibə veteranı İqnat Artemenkoya qarşı böhtanla əlaqədar cinayət işinə baxılması üçün “Babuşkinski” məhkəməsinə aparılıb. Moskva polisi məhkəmə binası və ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd edək ki, Almaniyadan gəldikdən sonra hava limanında həbs olunan Navalnı müharibə veteranı İqnat Artemenkonu təhqir etməkdə və böhtanda günahlandırılır.

DİGƏR XƏBƏRLƏR

Top