Japarov Rusiya səfərindən əvvəl karantinə götürüldü


Qırğızıstan prezidenti Sadır Japarov 24-25 fevral tarixlərində Rusiyaya edəcəyi səfərdən əvvəl karantinə alınıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Qalina Bayterek məlumat verib. O bildirib ki, prezindentin karantinə alınmasında məqsəd COVID-19 pandemiyasına qarşı mübarizəyə görədir. Japarov hazırda vəzifəsini uzaqdan idarə edir.
Qeyd edək ki, Sadır Japarov 10 yanvarda Qırğızıstanda keçirilən növbədənkənar prezident seçkilərində 79,2 faiz səslə prezident seçilib.

DİGƏR XƏBƏRLƏR

Top