"Tarqovı"dakı məşhur kitab mağazası qarət edildi – VİDEO


Ötən gün saat 21:12-də Zeynalabdin Tağıyev küçəsi 19 ünvanında (Fəvvarələr meydanı) yerləşən "Əli və Nino" kitab mağazası qarət edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mağazanın feysbuk səhifəsində məlumat verilib və oğurluq hadisəsinin kadrları paylaşılıb. Bildirilib ki, oğrular 3 nəfər olub:
“Onlardan biri satıcıların başını qatıb, digər iki nəfər arxa otağa keçərək işçilərin ciblərini soyub, dükanın mobil telefonunu və əllərinə keçən nə varsa götürüblər. 
Bu barədə artıq 102 qaynar xətti vasitəsilə polisə məlumat vermişik. Dostlar, əgər bu videodakı şəxslər sizə tanış gəlirsə, yaxud onları bu gün görən olubsa, xahiş edirik bizə kömək edin, polisə məlumat verin. Təəsüf edirik ki, bu ağır günlərdə Bakının mərkəzində oğurların hücumuna məruz qaldıq”.

DİGƏR XƏBƏRLƏR

Top