4 fevral 2021-ci il tarixində Böyük Britaniyanın paytaxtı Londonda “Baku & Susa Ltd” adlı yeni şirkət qeydiyyata alınıb.
Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumları tərəfindən açıqlanan məlumata istinadən xəbər verir ki, yeni şirkət “Flat A-F 95-97 Holloway Road, London, N7 8LT” ünvanında qeydə alınıb.
“Baku & Susa Ltd” şirkətinin direktori 1988-ci il təvəllüdlü Britaniya vətəndaşı Amin Şirvani olub.
Qeyd edək ki, açıq internet resurslarda Amin Şirvani haqqında ətrafl məlumat mövcud olmasa da, bu şəxsin “Baku & Susa Ltd”də əvvəl daha 3 şirkətin direktoru olduğu qeyd olunub. Amin Şirvani “Pizza & Fried Chicken Hackney Ltd”, “Hackney Pizza & Fried Ckicken Ltd” və “New UK Chicken And pizza Limited” şirkətlərinə rəhbərlik edir. Adlarından da göründüyü kimi bu şirkətlər qida sektorunda (restoran) fəaliyyət göstərirlər.
Onu da bildirək ki, Amin Şirvaninin biznes ortaqlarından biri 1981-ci il təvəllüdlü Mehdi İsmayıl oğlu Mehdiyevdir.