Dövlət bu siyasi partiyalara pul ayırdı - SİYAHI


2021-ci ildə dövlət büdcəsindən siyasi partiyalara ilk vəsait ayrılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub.

İlin birinci rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib.

Qeyd edək ki, vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun aparılır.

DİGƏR XƏBƏRLƏR

Top