İraqdakı ABŞ hərbi bazasına raket hücumu olub.
Yeniavaz.com “reuters”ə istinadla xəbər verir ki, hücum nəticəsində yaxınlıqda olan bir mülki şəxs ölüb, bir ABŞ hərbçisi isə yaralanıb. Bu hadisənin son bir ildə edilən ən ölümcül hücum olduğu bildirilib.
Hücumun kimlər tərəfindən edildiyi hələlik bilinmir.