ABŞ-da 5 hava limanı bağlandı - 3700-dən çox uçuş ləğv edildi


ABŞ-da beş hava limanı kəskin soyuq hava şəraiti səbəbilə fəaliyyətini dayandırdı. 
Yeniavaz.com
xari ci KİV-ə istinadla xəbər verir ki bu, ABŞ Federal Aviasiya Administrasiyasının məlumatında qeyd olunub. Bildirilib ki, hazırda Texas və Missisipi ştatlarında iki beynəlxalq hava limanı, həmçinin Texas və Luiziana bölgələrində yerləşən üç regional hava limanı fəaliyyətini dayandırıb. Bu səbəblə ABŞ-da 3700-dən çox uçuş ləğv edilib. 
Qeyd edək ki, kəskin hava şərafiti səbəbi ilə bağlı ABŞ-da 4 milyondan çox insan işıqsız qalıb. Dallasda havanın temperaturu mənfi 15 dərəcəyə, Oklahomada mənfi 21-ə, Kanzasda isə mənfi 35 dərəcəyə qədər düşüb. 
 

DİGƏR XƏBƏRLƏR

Top