Sarkisyan Arayiki “kukla” adlandırdı


Ermənistanın sabiq prezidenti Serj Sarkisyan yeni müsahibəsində baş nazir Nikol Paşinyanı tənqid edib.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, Sarkisyan Ermənistan Televiziyasına verdiyi müsahibəsində son dövrdə baş verənlərin Paşinyanla birbaşa əlaqəli olduğunu deyib:
“Paşinyan Qarabağda heç bir məsələdə, ən kiçik bir prosesdə belə müxalifət etməyən kukla rəhbərliyə ehtiyac duydu və məqsədinə çatdı. Mən açıq şəkildə deyirəm, Dağlıq Qarabağın statusu heç vaxt bu qədər alçaldılmamışdı. Özümüz belə bu quruma hörmət etmiriksə, başqalarından nə gözləyirik?  Dağlıq Qarabağın statusunu qəbul etmiriksə başqaları niyə buna hörmət etməli və qəbul etməlidirlər?”
 

DİGƏR XƏBƏRLƏR

Top