Moskvada 16-cı mərtəbədən yıxılan qadın sağ qalıb - FOTO - VİDEO


Moskvada 16-cı mərtəbədən yıxılan qadın sağ qalıb .

Bu barədə paytaxtın Fövqəladə hallar xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə Moskvanın şərqində yerləşən Novokosino küçəsində baş verib.

Hündürmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsindən yıxılan qadın binanın giriş qapısının üstü qarla örtülmüş üzlüyünə düşüb. 25 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

"Mash" teleqram kanalı qadının yıxılma anının video görüntüsünü yayıb.

APA

DİGƏR XƏBƏRLƏR

Top