Ceyhun Bayramov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb


Xarici İşlər naziri Ceyhun Bayramov fevralın 15-də ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi apararaq, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top