“ASAN Xidmət” təmizlik üçün 433 min manat ayırdı - TENDER


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini (“ASAN Xidmət”) tərəfindən keçirilən 2 tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com-un məlumatına görə, hər iki tender müsabiqəsinin qalibi "Super Servis" Xüsusi Firması (VÖEN- 1500221401) şirkəti olub. Müsabiqənin şərtinə görə "Super Servis" Xüsusi Firması  4 və 5 saylı Bakı  “ASAN xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərini  görəcək. 
"Super Servis" ümumilikdə 1150 kvadrat metr sahəni təmizləmək üçün “ASAN xidmət”dən 433 min 318 manat 66 qəpik alacaq. Rəqəmlərdən də göründüyü kimi 1 kvadrat metrin təmizlənməsi üçün 377 manat xərclənəcək.
Təmizlik müddətinin hansı dövrü əhatə edəcəyilə bağlı məlumat açıqlanmayıb. Amma, 5 saylı Bakı “ASAN xidmət”ə məxsus avtomobillərinin təmizlənməsilə bağlı sonuncu müqavilə bir il əvvəl keçirilib və həmin tender müsabiqəsini də "Super Servis" firması udub.
Qeyd edək ki, "Super Servis" 17.08.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan Firmanın hüquqi ünvanı “Binəqədi rayonu, Biləcəri ŞTQ, Yəhya Hüseynov, ev 30, 7-ci döngə” olaraq göstərilir. Qanuni təmsilçisi isə Sadıxova Tamilla Hüseynağa qızıdır.

DİGƏR XƏBƏRLƏR

Top