İqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın 4 faizlik marjanın ləğv edilməsinə münasibət bildirib. "Yeniavaz.com" xəbər verir ki, ekspert bu qərarın nə zaman qüvvəyə minməsi ilə bağlı banklara ayrıca rəsmi məktub göndəriləcəyini qeyd edib: "Mərkəzi Bank artıq 4 faizlik marjanı ləğv edib. Bu isə o deməkdir ki, liberal məzənnəyə keçid çox qısa zamanda reallaşacaq. Mümkündür ki, növbəti hərraclarda artıq liberal məzənnə prinsipinə uyğun proseduralar tətbiq edilsin. Bu halda isə manatın dollara nisbətən məzənnəsinin azalacağı gözlənilir".