Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqda şəhid edilən Türkiyə vətəndaşları ilə bağlı ABŞ-ın açıqlamasına sərt cavab verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan məsələ ilə bağlı partiyasının iclasında çıxış edib:
"Qərb dünyası bunu başa düşərmi!? İstər başa düşsün, istər yox. ABŞ tərəfindən verilən açıqlama budur. Evlərə toy-bayram. Bəs, siz PKK-nın yanında deyildiniz? Bal kimi də yanlarındasınız. Yanındasınız, arxasındasınız. Minlərlə yük maşını sursat gətirib terrorçulara təhvil verdilər”.
Ərdoğan həmçinin bildirib ki, əgər NATO-da ABŞ-la Türkiyə birlikdədirsə, o halda ABŞ səmimi davranacaq:
“Terroristlərlə bir yerdə dayanmayacaqsınız. Ordumuz, zamandan və məkandan asılı olmayaraq, öz imkanları ilə istənilən əməliyyatı həyata keçirə bilər. Türk ordusunun qarşısında dura biləcək heç bir terror təşkilatı yoxdur. Bunu son əməliyyatımızda bir daha gördük".
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays “PKK-nın məsuliyyət daşıdığına dair xəbərlər təsdiqlənərsə, bu hərəkəti ən güclü şəkildə qınayırıq” deyə məsələyə münasibət bildirmişdi.