Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Embawood” MMC-nin “Azərsu” ASC-yə qarşı qaldırdığı məhkəmə iddiası növbəti dəfə təxirə salınıb.
Yeniavaz.com xəbər verir ki, 09.03.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilməsi nəzərdə tutulan məhkəmə baxışı ləğv olunub.
Məlumat üçün bildirək ki, “Embawood” MMC “Azərsu” ASC-yə qarşı 2019-cu ildə məhkəmə iddiası qaldırıb. “Embawood” MMC “Azərsu” ASC-nin şirkətə qarşı artıq “su pulu” yazdığını iddia edərək, silinməsini tələb edir. Ötən ilin avqust ayında məhkəmə baxışı keçirilib və iş üzrə icraat dayandırılıb.