Uhana göndərilən ÜST rəsmiləri bir-birini təkzib etdi


Koronavirusun mənşəyinin aşkarlanması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çinə göndərdiyi 13 nəfərlik komandasının üzvlərinin fikirləri bir-birini təkzib edib.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, təşkilatın avstraliyalı üzvü Dominik Duayer, Çin səlahiyyətlilərinin onlara vacib mövzularda ətraflı məlumat verilməməsi ilə bağlı şikayət edib. Ancaq ÜST-ün ingilis üzvi Pitr Daşak isə Dauyerin dediklərini təsdiqləməyib.
Belə ki, Duayer xəstəliyin bütün detalları ilə bağlı məlumat istəsələr də, onlara yalnız xülasə verildiyini bildirib. İngilis üzv Pitr Daşak isə sosial şəbəkə hesabında bu fikri təsdiqləməyib:
“Başdan sona qədər kritik yeni məlumatlar əldə etdik. Mümkün yoluxma yolları barədə məlumatlarımız artdı".

DİGƏR XƏBƏRLƏR

Top