Ərdoğan: "5 aydır İraqdakı 13 vətəndaşımızı xilas etmək üçün plan hazırlayırdıq"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqda PKK tərəfindən şəhid edilən Türkiyə vətəndaşları barədə danışıb.
Yeniavaz.com
xəbər verir ki, Ərdoğan İraqda PKK terror təşkilatının əlində olan 13 Türkiyə vətəndaşının xilas edilməsi üçün 5 aydır plan hazırlandığını deyib:
“Bu qardaşlarımız terrorçuların əlindən xilas etmənin yollarını axtarırdıq. 5 aydır plan hazırlayırdıq. Onlar üçün Allahdan rəhmət diləyirəm”.
Qeyd edək ki, dünən Türkiyənin Müdafiə naziri Hulusi Akar İraqda 13 Türkiyə vətəndaşının PKK tərəfindən şəhid edildiyini bildirmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top