Bakı - Sumqayıt yolunda "Hyundai" hərəkətdə olarkən yandı - VİDEO


Bakı - Sumqayıt yolunda avtomobil yolda hərəkətdə olarkən yanıb.

Hadisə yolun Abşeron rayonunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində baş verib. Xırdalan qəbiristanlığının yaxınlığında hərəkətdə olan 99 KV 110 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobildə qəfil yanğın baş verib. Yanğın qısa müddətdə bütün avtomobili bürüyüb. Hadisə zamanı avtomobildə olan 5 nəfər maşını tərk edə bilsə də yanğının qarşısını ala bilməyiblər.

Nəticədə avtomobil tamamilə yanıb.


(Trend.az)

DİGƏR XƏBƏRLƏR

Top