İlon Maskın Putinlə görüşmək istəyinə Kreml cavab verdi


İlon Maskın Rusiya prezidenti Vladimir Putinlə söhbət etmək barədə təklifinə Kreml cavab verib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bir neçə gün əvvəl İlon Mask sosial şəbəkə vasitəsilə Putinlə onlayn şəkildə görüşüb söhbət etmək isəyi barədə məlumat vermişdi. Kreml sözçüsü Dmitri Peskov həmin məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Maskın görüşmək səbəbi barədə əvvəlcə araşdırma aparacaqlar:
“Bu, şübhəsiz maraqlı olacaq. Prezident Putin birbaşa sosial şəbəkələrdən istifadə etmir. Ancaq, əvvəlcə Maskın görüşdə nə barədə danışacağını aydınlaşdırmalıyıq. Bütün bunları yoxladıqdan sonra cavab verəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top