Rusiyada qripdən 5 nəfər ölüb

Bu mövsüm Rusiyada qripdən beş nəfərin ölün faktı qeydə alınıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popova deyib. Onun sözlərinə görə, bununla belə, ölənlərin hamısı paralel olaraq xroniki xəstəliklərdən (şəkərli diabet, miokardit, kardioskleroz, hiportanik xəstəlik) əziyyət çəkiblər. A. Popova qeyd edib ki, ölənlər qripdən vaksinasiya olunmayıblar.

DİGƏR XƏBƏRLƏR

Top