Yaponiya iqtisadiyyatında tarixdə ikinci ən böyük geriləmə qeydə alınıb


Yaponiya iqtisadiyyatı 2020-ci ildə əvvəlki ilə nisbətən 4,8 faiz azalaraq ikinci ən böyük geriləməni yaşayıb. 
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumat Yaponiya Nazirlər Kabineti Aparatına məxsusdur. Məlumatda göstərilir ki bu, 2009-cu ildən etibarən ölkənin Ümumi Daxili Məhsulunda qeydə qeydə alınan ilk azalmadır.
2008-ci il maliyyə böhranından sonra Yaponiya iqtisadiyyatı 2009-cu ildə 5,7 faiz azalıb. Bu nisbət 1955-ci ildən bəri ən böyük geriləmə kimi qeydə alınıb.
Xüsusi kapital xərclərində 5,8 faiz daşınmaz əmlaka investisiyalarda 7,1 faiz azalma müşahidə olunub.
Həmçinin Yaponiya ÜDM-nin yarısından çoxunu təşkil edən özəl istehlakda da 5,9 faiz azalma qeydə alınıb.
Qeyd olunur ki, ötən il ölkənin ixracatı 12,3 faiz, idxalatı isə 6,8 faiz azalıb.

DİGƏR XƏBƏRLƏR

Top