Egey dənizində zəlzələ qeydə alınıb


Bu gün Egey dənizində 4,1 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumat Kandilli Rəsədxanası tərəfindən verilib. Zəlzələ yerli vaxtla 12:14-də qeydə alınıb.
Qeyd edək ki, məlumat Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) tərəfindən də təsdiqlənib. AFAD tərəfindən zəlzələnin gücü 3,9 bal kimi göstərilib.
 

DİGƏR XƏBƏRLƏR

Top