İran nüvə ilə bağlı ABŞ-ı qəzəbləndirəcək daha bir addım atdı


İran Xarici İşlər Nazirliyinin rəsmisi Səid Xətibzadə ABŞ və digər Qərb ölkələrinə xəbərdarlıq edib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Xətibzadə çıxışı zamanı bildirib ki, nüvə sazişi iştirakçılarının öz öhdəliklərini yerinə yetirməməsi halında 21 fevral tarixində nüvə obyektlərinə müşahidəçilərin qəbulunu dayandıracaq:
"21 fevralda parlamentin qəbul etdiyi qanuna görə, müşahidəçilər üçün nüvə obyektlərinə girişə verilən icazə dayandırılacaq”.
Qeyd edək ki, İran hökuməti nüvə razılaşmalarına qayıtmaq üçün ABŞ-ın onlara tətbiq etdiyi sanksiyaların ləğv edilməsi şərtini irəli sürüb. 

DİGƏR XƏBƏRLƏR

Top