Peru Xarici İşlər Naziri Elizabet Astete istefa verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Astetenin istefa səbəbi ölkədə koronavirus peyvəndi ilə bağlı yaşanan hadisə olub. Belə ki o, Peruda ümumi peyvəndlənmə prosesi başlamadan əvvəl Çinin “Sinofarm” şirkətindən bir doza koronavirus peyvəndi aldığını etiraf edib. Bu etirafdan sonra Perunun XİN başçısı istefa verdiyini açıqlayıb:
“Mən etdiyim ciddi səhvin fərqindəyəm, bu səbəbdən ikinci dozanı qəbul etməməyə qərar verdim. Göstərilən səbəblərə görə istefa məktubumu prezidentə təqdim etdim".