Daxili İşlər Nazirliyi Bakıda bərbərxanada qadına qarşı zorakılıq edən polis əməkdaşı ilə bağlı məsələni araşdırır.
Bu barədə DİN-in mətbuat xidmətindən Yeniavaz.com-a məlumat verilib. Bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.
***11:33
Sosial şəbəkələrdə polis tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, iddialara görə, hadisə “Öz Bərbərim” adlı bərbərxanada baş verib. Belə ki, görüntülərdən də aydın olduğu kimi mağazadan çıxmaq istəyən qadını polis qolunan tutaraq kənara itələyir. Daha sonra isə onlar arasında mübahisə başlayır.
Sözügedən görüntüləri təqdim edirik: