ABŞ hökuməti İraqın şimalında qaçırılan 13 Türkiyə vətəndaşının öldürülməsini barədə açıqlama yaydı.
Yeniavaz.com “reuters”ə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında ABŞ-ın İraqda Türkiyə vətəndaşlarının ölümündən kədərləndiyini bildirib:
“PKK-nın məsuliyyət daşıdığına dair xəbərlər təsdiqlənirsə bu hərəkəti ən güclü şəkildə qınayırıq”.
Qeyd edək ki, dünən Türkiyənin Müdafiə naziri PKK-ya qarşı İraqda hərbi əməliyyat keçirildiyini bildirmişdi. Əməliyyat zamanı 13 mülki Türkiyə vətəndaşının öldürüldüyü də ortaya çıxmışdı.