Bakıda intihara cəhdin qarşısı alındı


Bakı şəhərinin Xətai rayonunda intihara cəhd hadisəsinin qarşısı alınıb.

Yeniavaz.com xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Daxil olan məlumata əsasən, 1 nəfər çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

DİGƏR XƏBƏRLƏR

Top