Zəngilanın ilk bu kəndi bərpa olunacaq - VİDEO

"Zəngilan rayonunda Birinci Ağalı kəndi layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir". 

Bunu Prezident İlham Əliyev işğaldan azad edilmiş  Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına etdiyi səfəri zamanı səsləndirib. 

Səfərdən olan görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşıb. 

Görüntülərdə İ.Əliyevin kənd haqqında fikirləri yer alıb. O bildirib: 

"Artıq ilkin araşdırmalar aparılıb. Bu dağılmış Ağalı kəndidir və birinci bərpa olunacaq məhz bu kənddir". 
 

DİGƏR XƏBƏRLƏR

Top