Nigeriyada quldurlarının əlindən xilas edilən 15 dənizçi Türkiyəyə qayıtdı - VİDEO


Nigeriyada dəniz quldurları tərəfindən qaçırılan 15 türkiyəli dənizçi İstanbulda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb. 
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, 21 gün dəniz quldurlarının əsarətində qaldıqlarını deyən gəmi kapitanı Mustafa Kaya meşədə girov saxlandıqlarını, silahlı adamlar tərəfindən psixoloji təzyiqlərə məruz qaldıqlarını, Türkiyə XİN tərəfindən uzunmüddətli müzakirələr aparıldıqdan sonra geri qaytarıldıqlarını bildirib.
Xatırldaq ki, bəhs edilən gəmidə bir nəfər quldurlar tərəfindən qətlə yetirilmişdi. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılov idi. O, Azərbaycana göndərilərək, doğulduğu Siyəzən rayonunda dəfn edilib.

 

DİGƏR XƏBƏRLƏR

Top